Kerry: Suriyada atəşkəslə bağlı ilkin razılıq əldə olunub

Sergei Lavrov və John Kerry müzakirə zamanı

-
ABŞ dövlət katibi John Kerry ilə Rusiyanın xarici işlər naziri Sergei Lavrov Suriyada atəşkəslə bağlı ilkin razılığa gəliblər.

Bu haqda Kerry fevralın 21-də Əmmanda İordaniyanın xarici işlər naziri Nasser Judeh ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.

Kerry deyib ki, atəşkəs rejimi yaxın günlərdən qüvvəyə minə bilər.

ABŞ dövlət katibi onu da deyib ki, Barack Obama və Vladimir Putinin növbəti günlərdə bununla bağlı söhbət edə bilərlər.