-
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Uşaq Məlumat Bankı yaradır. Trend-in xəbərinə görə, məlumat bankı bu ilin aprel-may aylarında istifadəyə veriləcək.
İlkin olaraq banka 2,5 milyon uşaq haqqında məlumatların yerləşdirilməsi nəzərdə tutulur. Bura uşaqların nailiyyətləri, valideynləri, qohumları, valideyn himayəsindən məhrum olub-olmamaları daxil ediləcək. Bundan başqa dövlət uşaq müəssisəsinə yerləşdirilməsi, zorakılığa məruz qalması və ya onun özünün hər hansı zorakılıq törədib-törətməsi məlumat bankında öz əksini tapacaq. Sistem ölkədə uşaq siyasətinin formalaşdırılmasına dəstək olacaq.