Assad atəşkəsə hazır olduğunu bildirib

Bashar al-Assad

-
Suriya prezidenti Bashar Assad bir neçə şərtlə atəşkəsə hazır olduğunu bildirib.

Bu haqda Dəməşqin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, atəşkəs dövründə ayrı-ayrı dövlətlərdən, xüsusilə Türkiyədən gələn yaraqlıların və göndərilən silahların qarşısı alınmalıdır.
Assad atəşkəsdən istifadə edərək terrorçuların mövqelərinin möhkəmləndirilməsinin də yolverilməz olduğunu bildirib.

Suriya prezidenti terrorçularla mübarizədə Rusiya və İranın dəstəyini də alqışlayıb.