Berdymukhammedov 1485 məhbusu əfv elədi

Gurbanguly Berdymukhammedov

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov fevralın 19-da 1485 məhbusu əfv edib.

Fərman Milli Bayraq Günü münasibəti ilə verilib.

Bu barədə Türkmənistanın rəsmi informasiya agentliyi məlumat yayıb.

Fevralın 19-da Türkmənistanda Milli Bayraq Günü qeyd olunur.

Berdymukhammedovun son əfv fərmanı ötən ilin oktyabrında olub.

Oktyabrın 27-i, müstəqillik günü münasibəti ilə imzalanmış həmin fərmanla 1020 məhbus əfv olunmuşdu.