Liviyada yaraqlılara zərbə: ölənlər var

Foto arxiv

Liviyada “İslam Dövləti” yaraqlıların olduğu güman edilən binanın vurulması nəticəsində 40-a yaxın adam ölüb.

Bu barədə fevralın 19-da insidentin baş verdiyi Sabratha şəhərinin meri məlumat verir.

Onun sözlərinə görə zərbə xarici işçilərin yaşadığı binaya dəyib.

O azı 41 nəfərin öldüyünü, 6 nəfərinsə yaralandığını bildirir.

Nyu-York Taymsın məlumatına görə, adı çəkilməyən qərb rəsmisi zərbənin ABŞ təyyarələri tərəfindən vurulduğunu deyib.

O bildirib ki, hədəf 2015-ci ildə Tunisdə iki terror aktının təşkilində şübhəli bilinən Hureddin Chouchane olub.

Amma onun ölənlərin arasında olub-olmaması bəlli deyil.