ABŞ-dan Moskva ilə Tehrana xəbərdarlıq

Mark Tone

ABŞ bəyan edib ki, Rusiyanın İrana SU-30 təyyarələri satmaq istəməsi BMT-nin İrana qarşı tətbiq etdiyi embarqonun pozulması olacaq.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib ki, bu cür təyyarələrin göndərilməsinə BMT təhlükəsizlik şurasının razılığı gərəkdir.

SU-30 təyyarələri ABŞ-ın F-15 E qırıcı təyyarələrinin ekvivalentidir.

Toner qeyd edib ki, Vaşinqton bununla bağlı məsələ qaldırmağa hazırlaşır və İranla yekun nüvə sazişində iştirak edən ölkələr bu barədə tam məlumatlandırılmalıdır.

Razılaşmaya görə, İrana silah embarqosu 5 il qüvvədə qalmalıdır.

Rusiya prezidenti Vladimir Putin fevralın 18-də İranın müdafiə naziri Hossein Dehghanla hərbi-texniki əməkdaşlıq məsələsini müzakirə edib.