Nemtsovun qətl günü mitinqlər planlaşdırılır

Foto arxiv

Sankt-Peterbur hakimiyyəti fevralın 27-də Boris Nemtsova xatirə mitinqi keçirilməsinə razılıq verib.

Bu barədə fevralın 18-də təşkilatçılardan biri Vadim Sukhodolsky məlumat verib.Mitinqdə 5 mindək adamın iştirakı gözlənilir.

Şəhər meriyası bundan əvvəl mitinqin şəhərin mərkəzində keçirilməsi ilə razılaşmayıb və alternativ kimi şəhərin ətrafındakı “Polyustrovsk” parkını göstərib.

Müxalifət liderlərindən olan Boris Nemtsov 2015-ci il fevralın 28-də Kremlin ətrafında öldürülüb.

Ölkənin bir sıra şəhərlərində xatirə mitinqləri planlaşdırılır.

Moskvada xatirə mitinqi fevralın 27-ə nəzərdə tutulub.