Su kəsiləcək

Illüstrasiya

-

Fevralın 18-i axşamdan başlayaraq Bakının Nizami rayonunun əsas hissələrinin su ilə təminatında fasilələr olacaq.

“Azərsu”nun yaydığı məlumatda bildirilir ki, məhdudiyyətlər Qara Qarayevlə Babək prospektlərini və rayonun 15 küçəsini əhatə edəcək.

“Azərsu” bir gün çəkəcək problemin magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.