Nazirlər Gürcüstana toplaşır

Mikheil Janelidze və Mevlut Cavusoglu

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü olacaq.

Bu barədə AzərTac agentliyi xəbər verir.

Nazirlər fevralın 19-da Bakı-Tbilisi-Qars dəmiryol xəttini və digər layihələri müzakirə edəcəklər.

Görüşdə həmçinin dünya və regionda baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılacaq.

Nazirlər səfər zamanı Bakı-Tbilisi-Qars kəmərinin tikintisi ilə də tanış olacaqlar.