Tikinti şirkəti müflisləşdiyini deyir

-

Azərbaycanın iri tikinti şirkətlərindən “Yeni Həyat” MMC iflasın kandarındadır.

Şirkət müflis elan edilməsi ilə bağlı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib.

APA-nın xəbərinə görə fevralın 17-də şirkətin iddiası üzrə proses başlayıb. İşdə kreditor qismində Abazər Mahmudov iştirak edır.

Kreditorun vəkili prosesdə deyib ki, “Yeni Həyat”ın iddiasının məqsədi ödəməli olduğu borcdan yayınmaqdır. Buna görə də iddia təmin olunmamalıdır.

Prosesi martın 11-də davam etdiriləcək.

2005-ci ildə “Yeni Həyat”-la Abazər Mahmudov arasında müqavilə bağlanılıb. Həmin müqavilənin şərtlərinə görə, A. Mahmudov mənzilini şirkətin sərəncamına verib. Şirkət isə həmin evin yerində tikilən çoxmənzilli yaşayış binasından ona 150 kvadrat metr sahəsi olan mənzil verməyə razılaşıb. Lakin şirkət həmin müqavilənin şərtlərinə əməl etməyib. Bundan sonra A. Mahmudov Nəsimi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şirkətin A. Mahmudova 420 min dollar məbləğində pul ödəməsi barədə qərar qəbul edib.