Türkiyə Suriyada təhlükəsizlik zolağı istəyir

Foto arxiv

Türkiyə Suriya ilə cənub sərhədləri boyunca 10 kilometrlik dərinliyində təhlükəsizlik zolağı yaradılmasını istəyir.

Ankara bildirib ki, məqsəd bu ərazidə demoqrafik vəziyyətin dəyişməsinə yönəlmiş cəhdlərin qarşısını almaqdır.

Baş nazir müavini Shergen Akdogan fevralın 17-dəbildirib ki, Suriya ordusu Rusiya təyyarələrinin dəstəyi ilə Türkiyə sərhədinə doğru yaxınlaşıb.

Onun sözlərinə görə kürd döyüşçüləri bundan istifadə edərək digər üsyançı qruplardan ərazilər ələ keçirib.

Qeyd edək ki, Türkiyə sərhədlərinin təhlükəsizliyi və qaçqımları qorumaq üçün çoxdandır ki, Suriya üzərində uçuşsuz zona da daxil olmaqla, təhlükəsizlik zolağı yaradılmasını təkid edir.

Rusiya xarici işlər nazirinin müavini Gennadi Gatilov isə deyib ki, istənilən belə bir qərar Rusiya və BMT-nin razılığı ilə mümkündür.