Ukrayna da Rusiyaya qarşı qadağa qoydu

Foto arxiv

Ukrayna Moskvaya cavab olaraq Rusiya nişanlı yük maşınlarının ölkəyə girişini qadağan edib.

Qeyd edək ki, Moskva fevralın 14-də Ukrayna yük maşınlarının ölkə ərazisində hərəkətini qadağan edib.

Moskva bunun səbəbini Ukrayna millətçilərinin fevralın 11-də Rusiya yük maşınlarının ölkə ərazisində hərəkətini əngəlləməsi ilə izah edir.

Ukraynanın baş naziri Arseniy Yatsenyuk fevralın 15-də bəyan edib ki, Kiyev Rusiya nişanlı yük maşınlarının ölkə ərazidindən tranzit keçməsini müvəqqəti dayandırır.

Rusiya Federasiya Şurasındakı beynəlxalq əlaqələr komitəsinin əsdri Konstantin Kosacev özünün “Feysbuk” səhifəsində yazıb ki, Ukraina Rusiyanı təcavüzkarlıq və insan haqlarını pozmaqda günahlandırmaq üçün onu təxribata sürükləyir.