-
Rusiyanın Baş naziri Dmitry Medvedev deyir ki, Suriya Prezidenti Bashar al-Assad sülhə nail olmayınca Moskva bu ölkədə hərbi əməliyyatları bitirməyəcək.
“Time” fevralın 15-də Medvedev-lə müsahibə dərc edib. O, hökumətə qarşı vuruşan üsyançıların hamısını “bandit və terrorçu” adlandırıb.
Rusiya baş nazirinin fikrincə, Suriyada sülh yalnız o zaman mümkündür ki, Assad “razılaşma əldə etməyə qadir” üsyançı qüvvələrlə danışıqlar masasına əyləşsin. Ancaq “bu adamların dairəsi də müəyyənləşməlidir”, o söyləyib.
Medvedev onu da deyib ki, Rusiya heç vaxt Qərbdən sanksiyaların qaldırılmasını xahiş etməyəcək. Həmin sanksiyalar Rusiya Krımı ilhaq edəndən sonra qoyulub.