Assad nəzarətin bərpa olunacağını deyib

Bashar al-Assad

Suriya prezidenti Bashar Assad bütün ölkəyə nəzarətin bərpa ediləcəyini ,amma bunun çox vaxt apara biləcəyini deyib.

O fevralın 12-də Dəməşqdə France-Press agentliyinə müsahibəsində deyib ki, müxalifət qrupları ilə dialoqla yanaşı ,terrorçu qruplarla mübarizə davam etdiriləcək: “Biz danışıqlara tamamilə inanırıq, amma bu o demək deyil ki, terrorçuluqla mübarizə dayandırılacaq. Hər iki yol qaçılmazdır”, deyə Assad vurğulayıb.

O həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə Türkiyə Suriyaya hərbi müdaxilə edə bilərlər, amma onun silahlı qüvvələri sözsüz buna qarşı qalxacaq.

Assad həmçinin bildirib ki, suriyalıların ölkədən qaçmasının birbaşa səbəbi Avropadır və qaçqınların geri dönməsindən əvvəl Avropa terrorçulara himayədarlığı dayandırmalıdır.

5 ildir ki, davam edən Suriya müharibəsində 250 mindən çox adam ölüb.