Nazirlik: "Ermənistan ordusu itkilər verib"

Foto arxiv

Azərbaycanın Müdafiə Nazirliyi erməni qüvvələrinin azı 5 nəfər itki verdiyini bildirir.

Nazirliyin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları fevralın 12-də təmas xəttinin müxtəlif yerlərində Azərbaycan ordusunun mövqelərinə basqın etməyə cəhd göstəriblər.

Amma Azərbaycan birləşmələrinin onları aşkar etməsi, qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan zərbələr nəticəsində erməni qrupları geri çəkilməyə məcbur edilib.

İlkin ehtimala görə erməni birləşmələri 5-7 nəfər itki verib.

Müdafi nazirliyi Azərbaycan tərəfdə itki olmadığını və əməliyyat şəraitinin tam nəzarətdə olduğunu bildirir.

Ermənistan tərəfi hələlik bu məlumata cavab verməyib, amma atışma nəticəsində 1 dinc sakinin ölməsi barədə məlumat yayıb.