Navalny Putini məhkəməyə verib

Aleksei Navalny

Rusiyalı siyasətçi Aleksei Navalny prezident Vladimir Putini məhkəməyə verib.

O Putini korrupsiyaya qarşı federal qanunu pozmaqda ittiham edir.

Bu barədə müxalifətçi özünün bloqunda yazır.

Navalny-nın sözlərinə görə, Putin 2015-ci ilin oktyabrında milli rifah fondundan “Sibir” neft-kimya holdinqinə 1 milyard 750 milyon dollar ayırıb.

Məlumatlara görə, bu holdinqin səhmdarlarından biri Putinin qızı olduğu güman edilən Katerina Tikhinovanın həyat yoldaşı Kiril Shamanovdur.