NATO-nun baş katibi Qarabağdan danışdı

Jens Stoltenberg

-

NATO-nun baş katibi Jens Stoltenberg fevralın 10-da Brüsseldə mətbuat konfransında deyib ki, Dağlıq Qarabağda vəziyyətin pisləşməsinin qarşısını almaq üçün səyləri gücləndirmək lazımdır:

"Əlbəttə ki, biz Azərbaycanda, Dağlıq Qarabağda baş verənləri yaxından izləyirik. Həm Azərbaycan, həm də Ermənistan NATO-nun tərəfdaşlarıdır və biz Ermənistan və Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndiririk. Məncə, burda mühüm olan təmkin və soyuqqanlılıq nümayiş etdirməkdir ki, Dağlıq Qarabağda gərginlik artmasın."

Son aylarda qoşunların təmas xəttində iriçapılı silahlardan da istifadə olunur.

Tərəflər atəşkəsin davamlı pozulmasına görə bir-birini günahlandırır.