İran inqilabının ildönümüdür

İran, arxiv fotosu

-

İranda İslam İnqilabının 37-ci ildönümü tədbirləri başlayıb.

Tehranda və digər şəhərlərdə yürüşlər keçirilir, nümayişçilər ABŞ və İsrail əleyhinə şüarlar səsləndirir.

1979-cu il fevralın 11-də Ayətulla Ruhollah Khomeini-nin tərəfdarları ABŞ-ın dəstəklədiyi Rza şah Pəhləvini devirib.

Yanvarda Tehrana beynəlxalq sanksiyalar qaldırılıb. Ötən ilin iyulunda İran dünya gücləri ilə nüvə sazişi imzalamışdı.