Rusiyadan atəşkəs təklifi

Hələb şəhəri, 10 fevral, 2016-cı il

-

ABŞ rəsmiləri bildirir ki, Rusiya martın 1-dən Suriyada atəşkəs təklif edib. Ancaq Birləşmiş Ştatlar atışmanın dərhal dayandırılmalı olduğunu bildirir.

Adı çəkilməyən bir rəsmi AP agentliyinə deyib ki, Vaşinqtonun fikrincə, rusiyalılar özlərinə və Suriya ordusuna 3 həftə ayırır və məqsəd də atəşkəsdən öncə müxalifət qüvvələrinə quru hücumları etmək, qiymətli əraziləri ələ keçirməkdir.

Ancaq ABŞ rəsmiləri atəşkəsin dərhal başlanmasını, döyüş zonalarında qalan dinc sakinlərə humanitar yardımın tam təmin edilməsini istəyir.

Ordu Suriyanın şimalında və cənubundakı torpaqları Prezident Bashar al-Assad-la vuruşan qüvvələrdən geri almağa çalışır. Həmin qüvvələri Türkiyə, Birləşmiş Ştatlar və Qərb ölkələri dəstəkləyir.

Rusiyanın BMT-dəki səfiri Vitaly Churkun fevralın 10-da deyib ki, Rusiya və ABŞ rəsmiləri Münhendə Suriya atəşkəsi barədə “çox vacib” danışıqlar aparıblar

Bu həftə Bavariya paytaxtında illik təhlükəsizlik konfransı keçirilir. Suriya məsələsi də gündəmdədir.