"İran qazının tranziti gündəmdədir"

Natiq Əliyev

-

"Sanksiyaların götürülməsi İran-Azərbaycan əlaqələrində çox böyük rol oynayacaq".

"Report" un xəbərinə görə, bunu jurnalistlərə Energetika naziri Natiq Əliyev deyib.

Nazirin sözlərinə görə, nəqliyyat sahəsində böyük işlər aparılır: "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi yaradılır. Həmçinin, Rusiya, Azərbaycan və İran arasında işçi qrupu yaradılıb. Elektrik enerjisinin Rusiyadan Azərbaycana, bizdən də İrana ixracı nəzərdə tutulur".

Natiq Əliyev daha sonra Azərbaycan İran münasibətlərinə toxunub: "İran qazının Azərbaycandan tranzit olunması məsələsi də gündəlikdədir. Azərbaycanda İran qaz anbarlarının istifadəsi, yenidən tikilməsi və başqa sahələr var ki, bunları inkişaf etdirəcəyik".

Sonda nazir İrana Azərbaycanın ağır günlərində, xüsusilə 90-cı illərin əvvəllərində Naxçıvana qaz və enerji tədarükü etməsinə görə təşəkkürünü bildirib.