İlham Əliyev İrana gedir

Iran -- Azərbaycan prezidenti İlham Əliyev və İranın ali dini lideri Ayatollah Ali Khamenei, 9 aprel, 2014

-

İlham Əliyev İrana səfər edəcək. Səfər fevral ayının sonuna planlaşdırılıb.

APA-nın yaydığı xəbərə görə, bu haqda İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumat verib .

Səfir İlham Əliyevi İranlı həmkarı Həsən Ruhaninin dəvət etdiyini, səfər zamanı iqtisadiyyat və enerji sahəsində sənədlərin imzalanacağını deyib.