Erdogan ABŞ-ı tənqid elədi

Recep Tayyip Erdogan

Türkiyə prezidenti Racep Tayyip Erdogan ABŞ-ın Suriyadakı əsas kürd qrupunu dəstəkləməsini tənqid edib.

O fevralın 10-da Ankarada bildirib ki, Vaşinqton “Demokratik Birlik Partiyası”nın terroçu üzvləri və onun silahlı qanadını terrorçu kimi tanımamaqla regionda “qan gölü” yaradır.

Türkiyə fevralın 9-da buna görə ABŞ səfirini xarici işlər nazirliyinə çağırıb.

ABŞ Dövlət Departamentinin sözçüsü bundan əvvəlbildirib ki, Vaşinqton “Demokratik Birlik Partiyası”nı terrorçu təşkilat hesab eləmir və onun Suriyada fəaliyyətini dəstəkləyəcək.

Ankara bu partiyanı Türkiyədə müstəqillik uğrunda silahlı mübarizə aparan PKK-nın qanadı hesab edir.