-
Hökumət yol tikintisi üçün Dünya Bankından (DB) maliyyə istəyib.
Bu haqda DB-nın Bakı nümayəndəliyi məlumat verib.
Xəbəri Trend yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan hökuməti Bakı-Şamaxı avtomobil yolunun 4 zolağadək genişləndirilmək istəyir. Hökumət əlavə maliyyə almaq üçün Dünya Bankına rəsmi sorğu ilə müraciət edib.
Dünya Bankı 2016-cı il iyunun sonunadək Azərbaycana 140 milyon dollar həcmində əlavə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul etməlidir.
Qərarın cari maliyyə ilinin sonunadək qəbul ediləcəyi gözlənilir.