Rasim Əliyevin məzarı ziyarət edilib

Arxiv. Rasim Əliyevin məzarı

-

Bir qrup jurnalist, mərhumun yaxınları Rasim Əliyevin məzarını ziyarət ediblər. Jurnalistin xatırəsi anılıb, ruhuna dualar oxunub.

Jurnalist Rasim Əliyev futbolçu Cavid Hüseynovla facebook şəbəkəsində insident zəminində 2015-ci ilin avqustun 8-də bir qrup şəxs tərəfindən döyülmüşdü. Bir gün sonra isə xəstəxanada vəfat etmişdi.

Jurnalistin ölümü ilə bağlı futbolçu Cavid Hüseynov da daxil olmaqla 5 nəfər həbs olunub. Təqsirləndirilənlərin məhkəməsi davam edir.