Dəməşqdə polis klubuna hücum nəticəsində azı 8 nəfər ölüb.
Parlayışı fevralın 9-da intiharçı törədib.
Daxili işlər nazirliyinin məlumatına görə, partlayış böyük hökumət binalarının yerləşdiyi ərazidə törədilib.İntiharçı minalanmış maşını klubun dayanacağında partladıb.
Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzinin məlumatına görə, partlayış nəticəsində 8 zabit ölüb, 20-si isə yaralanıb.
Hücuma görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.