"Fitch" Azərbaycanın reytinqinə baxacaq

-

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi fevralın 26-da Azərbaycanın reytinqinə yenidən baxmağı planlaşdırır.

Fins.az-ın xəbərinə görə, bu açıqlama ilə “Sberbank Investment Research” araşdırma şirkəti çıxış edib:

“Biz hesab edirik ki, bu təşkilat Azərbaycanın reytinqini endirəcək. Hələ ki, o, “BBB-” səviyyəsindədir. İstisna deyil ki, “Fitch” həmin addımı planlaşdırılandan əvvəl atacaq”.

Yada salaq ki, yanvarın 29-da Standard&Poor’s beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqini 1 pillə endirərək “BB+”a salıb. Fevralın 5-də isə “Moody’s” – beynəlxalq reytinq agentliyi eyni addımı ataraq ölkənin reytinqini “Ba1” səviyyəsinə qədər azaldıb. Reytinqin endirilməsinə əsas səbəb kimi neftin ucuzlaşmasının Azərbaycanın maliyyə sabitliyi üçün mənfi nəticələr doğurması göstərilir.