ABŞ "Zika" ilə mübarizəyə vəsait ayırır

Anthony Fauci

ABŞ-da “Zika” virusuna hazırlıq gücləndirilir.

Xəstəliklərə nəzarət və mübarizə üzrə fövqəladə mərkəz hazırlıq vəziyyətinə gətirilib.

Qarşıdan “ağcaqanad fəsli” gəldiyindən Mərkəzin əməkdaşları virusun ölkə ərazisində yatılmasının qarşısını almaq üçün monitorinqlər keçirir və profilaktik tədbirlər görürlər.

ABŞ prezidenti Barack Obama fevralın 8-də CBS televiziyasına müsahibəsində bu virusla mübarizəyə 1,8 milyard dollar ayrıldığını bildirib.

Bu vəsaitin təxminən 200 milyonu vaksin hazırlanması, 400 milyonu isə epidemiyanın yayıldığı ölkələrə ayrılacaq.

Obama bildirib ki, insanlar təlaşa düşməməməlidir, çünki bu virus “Ebola” kimi öldürücü deyil və bəzən insanlar bu virusa yoluxduqlarını belə bilmirlər.

ABŞ Olimpiya Komitəsi bəyan edib ki, “Zika” virusuna yoluxmaqdan qorxan idmançılar Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarından imtina barədə düşünə bilərlər.

Qeyd edək ki, “Zika” virusu Latın Amerikası ölkələrində peyda olub.