İraq ordusu Mosul hücumuna hazırlaşır

Mosulda qaldırılan İŞİD bayrağı, iyun, 2014-cü il

-

İraq ordusu Mosul şəhərini İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasından almaq üçün şimal bazasına minlərlə əsgər yerləşdirir. Rəsmilər bunu fevralın 8-də bildirib.

Əsgərlərin yerləşdirildiyi düşərgədə bir zabit deyib ki, onlara “Bağdad yaxınlığında koalisiya qüvvələri təlim keçib”.

İŞİD İraqın ikinci böyük şəhəri olan Mosulu 2014-cü ilin iyununda tutub. İraq ordusu bir neçə dəfə Mosulu almağa çalışsa da, hərbi əməliyyatları uğursuz olub.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya isə bildirir ki, Mosulun azad olunması əməliyyatından danışmaq üçün hələ tezdir.