Əfqanıstan rəsmiləri ucqar Zanu kəndində qadının edam edildiyini deyirlər.
Talibançıların nəzarətində olan bu kənd Qor əyalətindədir.
Əyalət rəsmisi Abdul Hai Khatibinin fevralın 8-də verdiyi məlumata görə, qadın fevralın 5-də edam edilib.
Zahra adlı qadın ərinə xəyanətə görə əri tərəfindən güllələnib.
Onunla birlikdə olan Ayub adlı kişi isə qaçmaq istəyərkən talibançılar tərəfindən əsir götürülüb.
Zanu kəndi 1 ildən çoxdur ki, talibançıların nəzarətindədir.
Taliban hələlik məsələyə münasibət bildirməyib.