-
Azərbaycan fevralın 7-dən başlayaraq Türkiyəyə elektrik enerjisi ixracına başlayıb.
Energetika Nazirliyinin məlumatına görə, elektrik enerjisi “Azərbaycan-Gürcüstan-Türkiyə” vasitəsilə ötürülür. Türkiyəyə sutkada təxminən, 80 meqavatt elektrik enerjisinin ötürülməsi nəzərdə tutulur.
Nazirlik bildirir ki, bu layihə çərçivəsində Azərbaycan Türkiyənin Naxçıvan Muxtar Respublikasına verdiyi elektrik enerjisi borcunu ödəyəcək və Avropa bazarına çıxmaq imkanı qazanacaq.