Azərbaycanın puluna maşın buraxmaq istəyir

Iran, Khodro şirkətinin sexi

İranın “İran Khodro" (IKCO) şirkəti Azərbaycanla müştərək avtomobil istehsalında maraqlıdır.

Bunu Lent.az-ın müxbirinə “İran Khodro"nun direktoru Haşım Yeke Zare deyib:

“Azərbaycanda müştərək avtomobil istehsalında maraqlıyıq. Yatırılacaq sərmayənin 80 faizini Azərbaycan, 20 faizini isə “İran Khodronun təmin etməsini istəyirik. “İran Khodro”nun 20 faiz sərmayəsi əsasən servis və texniki xidmətlər sahəsində olacaq”.

Fransanın böyük avtomobil şirkətlərinin İrana yatıracağı sərmayələr haqqında danışan H. Y. Zare daha sonra deyib:

“ Fransanın “Peugeot” şirkəti ilə müştərək şirkət təsis ediləcək.Bu şirkətin payının 50 faizi İranın, 50 faizi isə Fransanın olacaq. 4 ildən sonra isə həmin şirkət “İran Khodro” üçün müstəqil zavoda çevriləcək”.

İranı direktorun sözlərinə görə, “Peugeot” şirkəti ilə imzalanmış müqaviləsinin dəyəri 500 milyon avrodur: “Tezliklə 15 min ədəd avtomobilin istehsalına başlanılacaq. Gələcəkdə bu rəqəm 200 min ədəd avtomobilə çatacaq”.

H. Y. Zare deyib ki, tezliklə “Fiat” , “Mercedes-Benz” “Renault” şirkətləri ilə də danışıqlar aparılacaq.