Lewandowski maaşının 9 milyon artırılmasını istəyir

Robert Lewandowski pivə festivalında

Bavariya klubunun polyak hücumçusu Robert Lewandowski maaşının ildə 18 milyon avroya qaldırılmasını tələb edib. Onun maaşı hazırda 9 milyon avrodur.

Lewandowski, əks halda, ona maraq göstərən Madridin Real klubuna keçəcəyini bildirir. 

Lewandowski deyib ki, onun tələbi yerinə yetirilsə, Bavariya ilə 2019-cu ildə başa çatmalı müqaviləsini uzadacaq.

27 yaşlı hücumçu Guinnesin rekordlar kitabına bir neçə rekord yazıb. O, ötən sentyabrda Almaniya birinciliyində 9 dəqiqəyə 5 qol vurdu.