Rusiyanın dövlət agentliyi olan TASS-ın Moskvadakı ofisində axtarış aparılıb.
Axtarışın hansı orqan tərəfindən aparıldığı bəlli deyil.
TASS-ın sözçüsü Dimitry Pertsov fevralın 5-də bildirib ki, bu agentliyin əməkdaşlarından birinin peşəkar fəaliyyəti ilə bağlıdır.
Amma o ad çəkməyib.
Agentliyin digər nümayəndəsi Natalya Akafyeva isə axtarışın agentliyin fəaliyyəti ilə bağlı olmadığını deyir.
KİV-lərin məlumatına görə, fevralın 5-də “М & Р” şirkətinin ofisində də axtarış aparılıb.
Bu şirkəti 2012-ci ildə TASS-ın direktoru olmuş Sergei Mikhailov yaradıb.
Mikhailov 2004-2006-cı illərdə Rusiya Dəmiryolları Şirkətinin prezidenti olmuş Vladimir Yakuninin müşaviri olub.
Yakunun isə çoxdandır prezident Vladimir Putinin biznesində əsas tərəfdaşdır.
Onun həmçinin keçmiş KGB-də işlədiyi bildirilir.