Dünyanın ən şimal kəndindən - [Fotolar]

Kənd Şvitsbergen arxipelaqının şimalında - Şimal qütbündən cəmi 1200 kilometr uzaqlıqda yerləşir. Əvvəl arxipelaq yalnız ayılar və başqa vəhşi heyvanların oylağı idi. Amma 100 il öncə sənaye obyektləri peyda olmağa başlayanda heyvanlar burdan perik düşdülər. 

Burda nadir halda gözə dəyən heyvanlarla qonşuluqda Norveç, Almaniya, Fransa, Britaniya, Hindistan, Cənubi Koreya və başqa ölkələrdən alimlər məskunlaşıb. 

Vaxtilə burda kömür şaxtaları işləyirdi, Kömür vaqonlarla limanlara daşınırdı. Kömür qiymətləri düşəndən sonra istehsal dayandı.

Kömür şaxtası

Məşhur Norveç səyyahı Rual Amundsenin büstü 

İndi dünyada ekstremal turizm sürətlə inkişaf etsə də, Norveç buraları turistlərə açmaq istəmir - elmi araşdırmalara mane olmasınlar deyə...

Köhnə radiostansiyanın binasında muzey açılıb.

Bu adaların çoğrafi mövqeyinə görə bəzən günəş aylarla qürub etmir, bəzən isə uzun müddət "it-bata düşür"