DİN hadisəni "intihar" adlandırır

DİN

-

Balakən xəstəxanasında özünü 3-cü mərtəbədən atıb intihar etdiyi deyilən Əziz Əhmədov oğurluğa görə saxlanılıbmış.

Daxili İşlər Nazirliyinin fevralın 5-də yaydığı məlumata görə, Əziz Əhmədov 2 yoldaşı ilə birgə Katex kənd sakinlərinin mənzillərindən 2040 manat, 1000 ABŞ dolları, 11000 rubl, 1 ədəd tüfəng və qızıl əşyaları oğurlamaqda şübhəli bilinərək tutulublar. Polisin iddiasına görə, həmçinin, saxlanılan şəxslərin rayon sakini Zamir Baydarovdan tüfənglə hədələməklə 6000 manat almaları, oğurluq etdikləri sakinlərindən birinin ot tayasını yandırdıqları müəyyən edilib.

DİN-bildirir ki, Ə.Əhmədov ilk dəfə fevralın 2-də, hələ Balakən polisində olarkən özünə xəsarət yetirib. Həmin xəsarətə görə, xəstəxanaya yerləşdirilib. Şübhəli şəxs ertəsi gün özünə qəsd edib.

İntihar edən Ə.Əhmədovun yaxınlarının olayla bağlı açıqlamasını almaq mümkün olmayıb.