Davutoglu Astanaya gedir

Ahmet Davutoglu

Türkiyənin baş naziri Ahmet Davutoglunun fevralın 5-də Qazaxıstana 2 günlük səfəri başlayır.

Qeyd edək ki, Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi hər iki ölkə ilə yaxın əlaqəsi olan Qazaxıstanı pis vəziyyətdə qoyub.

Qazaxıstan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı ticarət və enerji sahəsində əməkdaşlıq, habelə bir sıra vacib beynəlxalq məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Qazaxıstan Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin üzvüdür.

Bu Rusiya-Türkiyə münasibətlərinin pozulmasından sonra Davuroglunun Qazaxıstana ilk səfəridir.

Türkiyənin noyabrın 24-də Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşib.

Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.