-
BMT-nin müstəqil ekspertlər qrupu bildirir ki, Wikileaks-in yaradıcısı Julian Assange Londondakı Ekvador səfirliyində qanunsuz saxlanıb, buraxılmalı və ona təzminat ödənməlidir.
BMT-nin Qanunsuz Saxlamalar üzrə İşçi qrupunun rəhbəri Seong-Phil Hong fevralın 5-də bu barədə bəyanat yayıb.
Assange 2012-ci ilin iyunundan Londondakı səfirlikdə qalır. İsveç onu seksual təcavüzdə ittiham edir və ekstradisiyasını tələb edir.
Britaniya hökuməti də bildirir ki, Assange-ı İsveçə təhvil vermək kimi hüquqi öhdəliyi var.