Minlərlə suriyalı Türkiyəyə qaçır

Suriya qaçqınları Türkiyədə, arxiv fotosu

-

Suriyanın şimalındakı Hələb şəhəri yaxınlığında ağır döyüşlər gedir, on minlərlə suriyalı Türkiyəyə tərəf qaçır.

Baş nazir Ahmet Davutoglu fevralın 4-də deyib ki, 70 min nəfər sərhədə tərəf yol alıb. Ancaq monitorinq qrupu bu rəqəmin 40 minə yaxın olduğunu bildirir.

Suriya hökumət qüvvələri Hələb yaxınlığında irəliləyir. Rusiya onları hava zərbələri ilə dəstəkləyir.

Hələbdə 300 min insanın qaldığı güman edilir. Hökumət üsyançıların əsas təchizat yolunu kəsib.