Maliyyə Nazirliyindən QHT-lərə müraciət

Foto illüstrasiya

-

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib ki, maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq təqdim etsinlər. Bu haqda APA xəbər yayıb.

QHT-lərin illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası Nazirlər Kabinetinin 201 nömrəli qərarı ilə təsdiq edilib.

 Həmin qərara əsasən, qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

 1.maliyyə vəziyyəti haqqında.

 2.maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat.

 3.əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

Maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib . Təşkilat maliyyə fəaliyyəti olmadığı halda yalnız həmin formanı dolduraraq nazirliyə təqdim edir. Nazirlik QHT-lərdən illik maliyyə hesabatlarının elektron qaydada alınması məqsədilə proqram da hazırlanıb.