İran-Rusiya: 40 milyardlıq saziş

Ali Akbar Velayati

-

İranla Rusiya 40 milyard dollarlıq sazişlər imzalayıb. Bu sənədlər nüvə enerjisi, dəmiryolları və digər layihələri əhatələyir. Məlumatı fevralın 4-də İranın Ali dini lideri Ayatollah Ali Khamenei-nin müşaviri verib.

Ali Akbar Velayati Moskva səfərinin sonunda bildirib ki, Rusiya Prezidenti Vladimir Putin-lə bəzi layihələri müzakirə edib. Onun sözlərinə görə, Tehran Rusiyadan dəmiryolları və nüvə enerjisi layihələri üçün kredit almaqda maraqlıdır.

Layihələr son bir neçə ayda imzalanıb və “icraya hazırdır”, o deyib.

İran həmçinin Rusiyadan əlavə silahlar almaqda və Rusiyanın böyük neft şirkəti Rosneft-ə neft satmaqda maraqlıdır, Velayati söyləyib.

Ancaq Reuters agentliyinin məlumatına görə, özəl Lukoil şirkətinin ticarət qanadı olan Litasco sanksiyalardan sonra Avropada İran neftinin ilk alıcısı olmaqda qərarlıdır.