Respublikaçılar İrana getmək istəyir

Mike Pompeo (R-Kan.), Lee Zeldin (R-N.Y.) və Frank LoBiondo (R-N.J.)

-

ABŞ Respublikaçı konqresmeni Tehrana getmək üçün viza istəyir. Onlar bu aykı seçkiləri müşahidə etmək, nüvə obyektlərinə baş çəkmək, İnqilab Keşikçiləri ilə görüşmək niyyətindədirlər.

Mike Pompeo, Lee Zeldin və Frank LoBiondo İrana qarşı indiyədək tənqidi mövqe tutub və Tehranı “fanatik və korlanmış” rejim adlandırmaqdan belə çəkinməyiblər. Buna baxmayaraq, Vaşinqtondakı İran Maraqları Bölməsinə viza anketləri təqdim ediblər. Onlar İranın Ali dini lideri Ayatollah Ali Khamenei və İran İnqilab Qvardiyasının başçısı General Mohammad Ali Jafari-yə yazaraq onlardan kömək də istəyiblər.

“26 fevral parlament seçkilərində İran demokratiyasının necə işlədiyini görmək istəyirik”, konqresmenlər deyiblər.
Bu seçkilərlə bağlı ölkədə artıq gərginlik yaşanmaqdadır. Prezident Hassan Rouhani sərt-xətt tərəfdarlarını minlərlə islahatçı namizədi qeydiyyata almadığına görə tənqid edib.

Konqresmenlər nüvə sahələrinin təftişi ilə yanaşı, İranda saxlanan amerikalılarla “nəzarətsiz” görüşlər istəyir. Onlar həmçinin İranın son ballistik raket sınaqlarıyla bağlı brifinq keçirmək niyyətindədirlər.

1979-cu il İslam inqilabından sonra İrana Konqres üzvü səfər etməyib.