Davutoglu Rusiyanı kəskin ittiham elədi

Ahmet Davutoglu

Türkiyənin baş naziri Ahmet Davutoglu Rusiya və Bashar Assad rejiminin digər müttəfiqlərini Suriyada hərbi cinayətlər törətməkdə ittiham edib.

O fevralın 4-də Londonda keçirilən Suriya konfransında deyib ki, bu ölkədə humanitar böhranın ilk səbəbi, Suriya rejimi tərəfindən törədilən hərbi cinayətlər və “İslam Dövləti” qrupudur.

Davutoglu deyib ki, Assad rejiminə kömək edənlər də eyni cinayət işlədirlər.

O Hələbin Rusiya təyyarələrinin güclü bombardımanı altında olduğunu deyib.

Rusiya müdafiə nazirliyinin nümayəndəsi İgor Konashenkov isə Davutogluya cavab olaraq Türkiyəni Suriyaya intensiv hərbi müdaxiləyə hazırlaşmaqda ittiham edib.

Rusiya və İran Suriya müharibəsində Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə Assada qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayırlar.