Londonda keçirilən konfransda Suriya üçün 10 milyard dollardan çox yardım toplanıb.
BMT-nin baş katibi Ban Ki Moon bunu alqışlayıb və bildirib ki, beynəlxalq aləm heç vaxt 1 günə bu qədər vəsait toplamayıb.
Böyük Britaniya Suriya qaçqınlarına yardım üçün 2020-ci ilədək 1 milyar 750 min, Almaniya 2018-ci ilədək 2 milyard 500 milyon vəsait ayırıb.
ABŞ isə 900 milyon dollar ayrımaqla ümumilikdə bu ölkəyə yardımını 5 milyard 100 minə çatdırıb.
Amma Rusiya bildirib ki, Suriya hökumətinin iştirakı olmadan Suriyaya yardımın müzakirəsi çətin olacaq.
Fevralın 4-də Londonda Suriya ilə bağlı konfrans keçirilib.
Məqsəd 5 illik münaqişədən zərər çəkənlər üçün 9 milyard dollar toplamaqdır.
Konfransda 70-dək dünya lideri qatılıb.
Suriya müharibəsində azı 250 min adam ölüb.
BMT-nin rəhbərliyi ilə Cenevrədə Suriyanın hökumət və müxalifət nümayəndələri arasında keçirilən sülh danışıqları isə dayandırılıb.
Danışıqlar fevralın 25-də bərpa olunacaq.