BVF Pakistana 497 milyon ayırdı

Foto arxiv

Foto arxiv

Beynəlxaq Valyuta Fondu Pakistana 3 illik paketə daxil olan son 497 milyon dollarlıq krediti ayıracaq.

Bankın nümayəndə heyətinin rəhbəri Harald Finger fevralın 4-də Dubayda bildirib ki, qərar yanvarın 26-dan fevralın 4-dək Pakistanın iqtisadi göstəricilərini araşdırdıqdan sonra qəbul edilib.

O qeyd edib ki, 2015-2016-cı maliyyə ilində dünya bazarında neftin düşməsi, enerji təhcizatını yaxşılaşdırmaq planı və Çinlə sərmayyə proqramlarına görə Pakistanda 4,5 faiz artım olacaq.

Amma Finger qeyd edib ki, İslamabad energetika və vergi sahələrində böyük islahatlar aparmalıdır.