Peskov:"Müşavir əməliyyat zamanı ölməyib".

Dmitry Peskov

“Suriyada həlak olan rusiyalı hərbi müşavir quru əməliyyatlarında iştirak etməyib.Rusiyanın hərbi müşavirləri yalnız yerli orduya yalnız msləhətlər verir”.

Bunu fevralın 4-də Kremlin mətbuat katibi Dimitry Peskov deyib.

Amma o hərbçinin adını şəkməyib.

Rusiyanın müdafiə nazirliyi fevralın 3-də Suriyada 1 hərbi müşavirinin ölməsi barədə məlumat yayıb.

Nazirliyin məlumatına görə, o “İslam Dövləti” qrupu Rusiyanın hərbi hissəsini minaatanlardan atəşə tutularkən ölüb.

Bir sıra Rusiya mənbələri bundan əvvəl Rusiya hərbçilərinin Suriya qoşunları ilə birlikdə Hələb ətrafındakı mühasirəni yarmaları barədə məlumat yaymışdılar.