“Sumqayıtda söküntü işi aparılmır”

Sülh küçəsində etiraz, Sumqayıt

-

“Sumqayıtda heç bir söküntü işi aparılmır”. Bunu AzadlıqRadiosuna Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyib.

Z. Fərəcov bildirib ki, hələ ki planda heç bir söküntü işləri nəzərdə tutulmayıb.

“Obyektlər fəaliyyətlərini normal qaydada davam etdirirlər. Sahibkarların heç bir narazılığı yoxdur. Mətbuatda yazılanlar yanlışdır”.

Yanvarın 9-da Sülh küçəsindəki «Ən ucuz market» adlı mağaza boşaldılmışdı. Bundan sonra ətrafdakı mağazaların işçiləri bir yerə yığışaraq mağazalarının söküləcəyi ilə bağlı xəbərdar olunduqlarını bildirirdilər.

Sumqayıtdakı Sülh küçəsində təxminən 170 ticarət və iaşə obyekti var.