Yəməndə Al-Qaeda lideri öldürülüb

Jalal Belaidi

-

Yəməndə şübhəli ABŞ dronunun Al-Qaeda liderini öldürdüyü bildirilir.

Abu Hamza kimi tanınan Jalal Belaidi Al-Qaedanın Ərəb yarımadasındakı komandiri idi. O, fevralın 4-də səhər Abyan vilayətində həlak olub.

Belaidi-nin İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına rəğbət bəslədiyi söylənir, baxmayaraq ki, bu iki qruplaşma rəqib sayılır. Onun bu yaxınlarda öz qruplaşmasından çıxması, İŞİD-in Yəmən qanadına başçılıq etməsi barədə məlumatlar var.

Birləşmiş Ştatlar bir neçə aydır ekstremistlərə dron zərbələri endirir. Səudiyyə hökumət qüvvələrini, İran isə husi üsyançılarını dəstəkləyir.