-
Birləşmiş Ştatlar və Fransa Rusiya və Suriya rejimini sülh danışıqlarını əngəlləməkdə ittiham edib. Belə ki, Cenevrədə fevralın 1-2-də danışıqlar gedən zaman Suriya quru qüvvələri Rusiya hava zərbələrinin dəstəyi ilə Hələb yaxınlığında bir ərazini üsyançılardan geri almağa çalışıb, fevralın 3-də üsyançıların Türkiyədən gələn təchizat xəttini kəsə biliblər.
Müxalifət bu kampaniyanı əsas gətirərək danışıqlara tam qoşulmaqdan imtina edib. BMT-nin Suriya elçisi Staffan de Mistura da fevralın 3-də danışıqların ertələnməsini elan edəndə bu məsələni səbəb gətirib.
Fransa və ABŞ Suriya hökumətini, eləcə də Rusiyanı danışıqlara zərbə vurmaqda ittiham edib.