Poroshenko:"İstefa verən nazir getməməlidir"

Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko bəyan edib ki, fevralın 3-də istefa verən iqtisadiyyat naziri Abromavicius vəzifəsində qalmalı və islahatları davam etdirməlidir.

Qeyd edək ki, nazir Abromavicius ölkədə islahatların əngəllənmsi və siyasi təzyiqlərə görə istefa verib.

Abromavicus əslən litvalıdır.

O ölkə iqtisadiyyatını qaldırmaq üçün nazir vəzifələrinə 2014-cü ilin dekabrında təyin edilib.

ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payet (Geoffrey Pyatt) fevralın 3-də Abromavicusu Ukrayna hökumətindəki böyük islahatçı liderlərdən biri adlandırıb.

Onun istefası parlamentdə prezident Poroshenko hökuməti ilə güclü biznes maqnatları ilə bağlı olanmüxtəlif siyasi maraqlar arasında narazılığın artması fonunda baş verir.