Obama məscidə gedir

Barack Obama

ABŞ prezidenti Barack Obama fevralın 3-də ABŞ-dakı məscidə baş çəkəcək.

Obama Baltimor məscidindəki müsəlman icmasına baş çəkəcək, icmanın lidrləri ilə görüşəcək.

Obama ötən həftə İsrail səfirliyində çıxış edən ilk mövcud prezident olub.

O çıxışında dünyada antisemitizmin artdığını xəbərdarlıq edib.

Baltimorda da onun eyni taktikaya əl atacağı gözlənilir.

Obama ölkə siyasətçiləri, xüsusilə də Respublikaçılardan prezidentliyə namizəd Donald Trumpu msəlmanlar əleyhinə şərhlərdən çəkinməyə çağırıb.

Trump çıxışlarından birində müsəlmanların ABŞ-a gəlmələrini qadağan etməyə çağırıb.

O belə bir bəyanatla ötən ilin dekabrında Kaliforniya ştatında 14 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra çıxış edib.